Millimiz Açıq Avropa Turnirində 35 ölkə arasında 2-ci yeri tutdu

Çexiyanın paytaxtı Praqada keçirilən cüdo üzrə Açıq Avropa Turniri başa çatıb.
"Mediasport" xəbər verir ki, son yarış günündə millimiz aktivinə daha 3 medal yazdırıb.
81 kq çəki dərəcəsində Məhərrəm İmamverdiyev keçirdiyi altı görüşün hamısını qələbə ilə tamamlayaraq qızıl medalı boynundan asıb.
Qadın cüdoçularımızdan Könül Əliyeva (-48 kq) və Gültac Məmmədəliyeva (-52 kq) isə bürünc medallara sahib çıxıblar.
Qeyd edək ki, ötən gün yarışda İslam Rəhimov (-66 kq) qızıl, Nazir Talıbov (-66 kq) gümüş, Hüseyn Allahyarov və Murad Muradlı (hər ikisi -60 kq) bürünc medallara layiq görülmüşdü.
Yekunda 2 qızıl, 1 gümüş və 4 bürünc medal əldə edən Azərbaycan 35 ölkə arasında ümumi komanda hesabında ikinci, kişilərin mübarizəsində birinci pillənin sahibi olub.