Azərbaycan çempionatı keçiriləcək
Çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək.
"Mediasport" xəbər verir ki, yarışın ilk günündə yeniyetmə (U17) oğlanlar arasında qaliblər müəyyənləşəcək.
Növbəti gün isə kişilər və yeniyetmə qızlar qum üzərində güclərini sınayacaqlar.
Su İdmanı Sarayı yaxınlığında yerləşən Avropa Oyunları Parkında (EGP Arena) təşkil ediləcək yarışda görüşlər hər gün 10:00-da başlayacaq.
Xatırladaq ki, çempionat 29-30 iyunda baş tutacaq.


