"Qələbədən başqa bir şey fikirləşmirdim" - Dünya çempionu

"Qələbədən başqa bir şey fikirləşmirdim" - Dünya çempionu

“Yarış yaxşı keçdi. Hər şey ürəyimcə oldu. Üzərimdə əziyyəti olan və mənə dəstək olan hər kəsə təşəkkür edirəm".

"Mediasport" xəbər verir ki, bu sözləri Azərbaycanın yunan-Roma güləşi üzrə U-17 milli komandasının üzvü Əli Nəzərov deyib.

Yunanıstanın Afina şəhərində keçirilən dünya çempionatında 60 kq çəki dərəcəsində qızıl medal qazanan yeniyetmə idmançı qələbə təəssüratlarını bölüşüb:

"Başda şəxsi məşqçim Azər Hüseynov olmaqla, bütün məşqçilərimizə minnətdaram. Finala çıxanda qələbədən başqa bir şey fikirləşmirdim. Dünya çempionu olmaq istəyirdim. Şükür Allaha, buna da nail oldum”.