Daha bir güləşçimiz Bolqarıstanda Avropa çempionu adını qazandı

Daha bir güləşçimiz Bolqarıstanda Avropa çempionu adını qazandı

Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-15 Avropa çempionatı davam edir.

"Mediasport" xəbər verir ki, Yusif Abdullayev (38 kq) finalda gürcüstanlı Rezi Yobidzeyə tam üstünlüklə (10:0) qalib gələrək Avropa çempionu olub.

Elman İsmayılov (41 kq) finalda bolqarıstanlı Simyon Velikova 4:15 hesabı ilə məğlub olub və gümüş medala yiyələnib.

Məhəmməd Kərimov (44 kq) belaruslu Aleksandr Hamova tam üstünlüklə (16:6) qalib gəlib və bürünc medala sahib çıxıb.

Adəm Quliyev (52 kq) finalda rusiyalı Badruddin Maqomedova 7:9 hesabı ilə uduzub və turniri gümüş medalla başa vurub.