"Həyatımın bu yeni mərhələsində sizin dəstəyinizə ümid edirəm”
Azərbaycanın qadın güləşçilərindən ibarət U-15 və U-17 milli komandalarının böyük məşqçisi Mariya Stadnik yeni təyinatına münasibət bildirib.
"Mediasport" xəbər verir ki, Olimpiya mükafatçısı bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Dünya və Avropa çempionu etimada görə minnətdarlığını çatdırıb:
“Çox sağ olun ki, məni U-15 və U-17 komandalarının baş məşqçisi vəzifəsinə təyin etdiniz. Bu mənim üçün yeni bir təcrübədir.
Mən bilirəm ki, yarışlarda çıxış edərkən məni sevən və dəstəkləyən çox insan var idi.
İndi isə həyatımın bu yeni mərhələsində sizin dəstəyinizə ümid edirəm”.
