İtaliya milli komandası ardıcıl 2-ci dəfə dünya çempionu adını qazandı

İtaliya milli komandası ardıcıl 2-ci dəfə dünya çempionu adını qazandı

Filippində keçirilən kişi voleybolçular arasında dünya çempionatı yekunlaşıb.

"Mediasport" xəbər verir ki, İtaliya milli komandası qızıl medalların qalibi olub.

Apennin yığması paytaxt Manilada baş tutan final qarşılaşmasında Bolqarıstan seçməsi ilə üz-üzə gəlib.

3:1 hesablı qələbə qazanan İtaliya bununla da ardıcıl ikinci dəfə dünya çempionu tituluna yiyələnib.

Xatırladaq ki, yarımadalılar 2022-ci ildə Polşanın Katovitse şəhərində təşkil edilmiş DÇ-də də 1-ci yeri tutmuşdular.

1990, 1994 və 1998-ci illərdə ardıcıl üç dəfə çempion olmuş komanda ümumilikdə 5-ci dəfə dünyanın ən güclüsü adını əldə edib.