"Qarabağ" Çempionlar Liqasında çox yaxşı mövsüm keçirdi" - Özil
"Azərbaycan futbolunu izləyirəm. Ələlxüsus da "Qarabağ" futbol klubu günbəgün inkişaf edir".
"Mediasport" xəbər verir ki, bunu "Oxu.az"a açıqlamasında dünya və Avropa çempionu Mesut Özil deyib.
Bakıda səfərdə olan Almaniya millisinin sabiq üzvü Ağdam klubu haqda xoş fikirlər səsləndirib:
"Komanda Çempionlar Liqasında xüsusilə çox yaxşı mövsüm keçirdi. Böyük bir sürpriz oldu. "Qarabağ"a uğurlar arzu edirəm.
Azərbaycanda çox istedadlı gənclər var, inşallah, onları daha böyük səhnələrdə görərik".
Veteran futbolçu bir neçə gün sonra start götürəcək dünya çempionatında Türkiyə millisindən gözləntilərindən də söz açıb:
"Dünya çempionatında təbii ki, ürəyimiz Türkiyə ilə döyünəcək. Səbirsizliklə yarışların başlamasını gözləyirik.
Türkiyə çempionatda iştirak edirsə, təbii ki, finala qədər gedib çıxa bilər. Çünki çox istedadlı oyunçularımız var və baş məşqçimiz uğurlu milli komanda formalaşdırıb. Niyə də uğurlu olmayaq?".
Xatırladaq ki, Özil karyerası ərzində "Şalke", "Verder", "Real", "Arsenal", "Fənərbaxça", "Başakşəhər" klublarında forma geyinib.


