Dünya çempionatında 1/8 final bu axşam iki oyunla start götürəcək

Dünya çempionatında 1/8 final bu axşam iki oyunla start götürəcək

Bu gün ABŞ-də keçirilən futbol üzrə klublararası dünya çempionatında 1/8 final mərhələsi start götürəcək.

"Mediasport" xəbər verir ki, azarkeşlər iki qarşılaşma izləyəcəklər.

Əvvəlcə Braziliya derbisi olacaq, gecə saatlarında isə Avropa klubları üz-üzə gələcəklər.

Qeyd edək ki, tarixdə ilk dəfə 32 klubun iştiraki ilə keçirilən mundial iyulun 13-də yekunlaşacaq.


Kublararası dünya çempionatı. 1/8 final


20:00. "Palmeyras" (Braziliya) - "Botafoqo" (Braziliya)

00:00. "Benfika" (Portuqaliya) - "Çelsi" (İngiltərə)