"Şamaxı" üçün yeni tərəfdaş

"Şamaxı" Futbol Klubu ilə "Olimp" hospital arasında əməkdaşlıq memorandumu imzalanıb.
"Mediasport" xəbər verir ki, tərəfdaşlıq sənədini bölgə təmsilçisinin İdarə heyətinin sədri Elçin Usub və klinikanın direktoru Ruslan Rzayev imzalayıblar.
Səhiyyə ocağı anlaşmaya əsasən, kluba tibbi xidmət göstərəcək.
Memoranduma tibbi müşahidə, profilaktik müayinələr, zədələnmə sonrası reabilitasiya və funksional bərpa xidmətləri daxildir.
Əməkdaşlıq həm futbolçuların sağlamlığının qorunmasına, həm də peşəkar səviyyədə performans izlənməsinə yönəlib.