Turan Manafovun "Turan Tovuz"a vurduğu qol ayın ən yaxşısı seçildi

Azərbaycan Premyer Liqasında yanvar ayının ən yaxşı qolunun müəllifi müəyyənləşib.
Mediasport.com.az xəbər verir ki, Peşəkar Futbol Liqasının (PFL) keçirdiyi "Ayın qolu" layihəsinin budəfəki qalibi "Kəpəz"in cinah futbolçusu Turan Manafov olub.
26 yaşlı müadfiəçinin Premyer Liqanın 19-ci turunda "Turan Tovuz"un qapısına vurduğu qol digər namizədləri qabaqlayıb.
Digər iddiaçılar arasında Turanın komanda yoldaşı Mahammadu Ba, həmçinin "Turan Tovuz"dan bugünlərdə ayrılan Otto Con və "Zirə"dən Ruan Renato yer alıb.