"Turan Tovuz" "Sabah"a uduzdu, "Qarabağ" "Sumqayıt"ı məğlub etdi
Futbol üzrə Azərbaycan Premyer Liqasında 33-cü turun oyunları davam edir.
"Mediasport" xəbər verir ki, ikinci oyun günündə 2 qarşılaşma baş tutub.
Çempion "Sabah" "Turan Tovuz"la üz-üzə gəlib, "Qarabağ" isə Sumqayıt səfərində meydana çıxıb.
Xatırladaq ki, turun açılış matçında "Qəbələ" "Şamaxı"nı məğlub edib (3:1).
Mövsümə mayın 24-də yekun vurulacaq.
Azərbaycan Premyer Liqası. 33-cü tur
"Turan Tovuz" - "Sabah" 1:2
Hakimlər: Rauf Cabarov, Rəhman İmami, Orxan İbişov, Emin Əliyev
VAR: Tural Qurbanov
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Feyzulla Feyzullayev
"Bank Respublika Arena"
"Sumqayıt" - "Qarabağ" 3:4
Hakimlər: Elvin Bayramov, Pərvin Talıbov, Mirnihat Seyidov, Nicat İsmayıllı
VAR: Fərid Hacıyev
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Ceyhun Haşımov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu


