Azərbaycan klubunun sabiq baş məşqçisi 55 yaşında vəfat etdi
Azərbaycan futbol ictimaiyyətinə ağır itki üz verib.
"Mediasport" xəbər verir ki, “Şahdağ Qusar”ın sabiq futbolçusu və baş məşqçisi Şərafədin Məmmədov vəfat edib.
55 yaşlı mütəxəssis xəstəlikdən dünyasını dəyişib.
Veteran futbolçu ötən ildən xərçəng xəstəliyindən müalicə alırdı.
Qeyd edək ki, Şərafəddin Məmmədov futbolçu karyerasını 2000-ci ildə yekunlaşdırdıqdan sonra məşqçiliyə başlamışdı.
O, 2009-cu ildə "Şahdağ Qusar"ın qısa müddət baş məşqçisi olub. Daha sonra Qusar Uşaq Gənclər İdman Şahmat Məktəbində (UGİŞM) uşaq futbol məşqçisi işləyib.
Allah rəhmət eləsin!
