Rövlan Muradov "Zirə"də - RƏSMİ

Rövlan Muradov "Zirə"də - RƏSMİ

“Zirə” mövsümlərarası fasilədə 4-cü transferini rəsmiləşdirib.

"Mediasport" xəbər verir ki, qəsəbə təmsilçisi "Sumqayıt"dan ayrılan Rövlan Muradovla anlaşıb.

Rəşad Sadıqovun komandası "Qəbələ" akademiyasının yetirməsi ilə 2+1 illik müqavilə bağlayıb.

27 yaşlı vinger “Qəbələ” və “Slaviya B”də də forma geyinib.

Qeyd edək ki, "qartallar" daha əvvəl "Şamaxı"dan Brahim Konate, "Neftçi"dən Yeqor Boqomolski və "Qarabağ"dan İsmayıl İbrahimlini transfer ediblər.