"Futbolçu olmaq üçün bir çox mərhələlərdən keçməlisən"

"Futbolçu olmaq üçün bir çox mərhələlərdən keçməlisən"

"Sabahın Ulduzları" layihəsindən bir çox istedad üzə çıxıb. Belə yarışların təkcə Bakıda deyil, bölgələrdə də mümkün qədər çox təşkili Azərbaycan futbolunun yalnız xeyrinə olar".

"Mediasport" xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov deyib.

Mütəxəssis "Sabahın Ulduzları" turniri barədə fikirlərini bölüşüb.

O, layihənin uşaq, yeniyetmə, gənclər futbolunda vacib olduğunu deyib:

"Yeniyetmə futbolçuların turnirlərdə çıxış etməsi çox vacibdir. Belədə millilərin məşqçiləri də oradan çıxan istedadları görər, gələcəkdə onların peşəkarlaşmalarına çox kömək edərlər.

Valideynlər də övladlarında istedad görürlərsə, onlara inansınlar, arxalarında dursunlar. Çünki futbolçu olmaq üçün bir çox mərhələlərdən keçməlisən.

Bu çətinlikləri asanlaşdırmaq baxımından valideyn dəstəyi çox vacibdir".

A.Abbasov burada ən ağır işin məşqçilərin üzərinə düşdüyünü sözlərinə əlavə edib:

"Akademiyalardakı məşqçilər futbolumuzun bünövrəsini qoyanlardır. Gənc futbolçuların yetişməsində həmin məşqçilərin əməyi böyükdür. Futbolumuz inkişaf etdikdə onlar da artırmalıdırlar".