Azərbaycan liqalarında "transfer pəncərəsi"nin vaxtı açıqlandı

  Azərbaycan liqalarında "transfer pəncərəsi"nin vaxtı açıqlandı

Futzal üzrə keçiriləcək Yüksək və Birinci liqalarda yay "transfer pəncərəsi"nin vaxtı müəyyənləşib.

"Mediasport" xəbər verir ki, iştirakçı komandalar transfer etdikləri oyunçuları 6 avqustdan oktyabrın 6-sı, saat 23:59-dək qeydiyyatdan keçirə bilərlər.

Xatırladaq ki, Yüksək Liqanın startı sentyabrın 18-nə nəzərdə tutulub.