"İlk görüşdə səhvlərimiz həlledici oldu və rəqib bundan yararlandı"

"İlk görüşdə səhvlərimiz həlledici oldu və rəqib bundan yararlandı"

"Bu qələbə gələcək oyunlar üçün açar oldu. Əsas odur ki, özümüzə inanaq və çox çalışaq”.

"Mediasport" xəbər verir ki, bu sözləri futzal üzrə Azərbaycan milli komandasının üzvü Fərid Abbasov deyib.

Gənc futzalçı Danimarka yığması ilə Bakıda keçirilən yoxlama oyunları haqda fikirlərini bölüşüb:

Danimarka yıması ilə keçirilən yoldaşlıq oyunları barədə Azərbaycan millisinin üzvü Fərid Abbasovun azfutzal.az-a açıqlaması:

"Bizi dəstəkləmək üçün arenaya gələn azarkeşlərimizə təşəkkür edirəm. İki fərli oyun oldu. Birinci görüşdə səhvlərimiz həlledici oldu və rəqib bundan maksimum yararlandı. Yekunda məğlub olduq.

Nəzərə alsaq ki, milli 8 aydan çoxdur oyun keçirmir, üstəlik, heyətimizə yeni futzalçılar da cəlb olunub, müəyyən qədər anlaşılandır. Baş məşqçi oyunu analiz etdi, bizə də səhvlərimizi göstərdi və ikinci oyun üçün təlimatlarını verdi. Bacardığımız qədər mübarizə apardıq, sonluq isə bizim üçün əla alındı.

Bir qol vurmağım və məhsuldar ötürmə etməyim verilən tapşırıqları yerinə yetirməyimin nəticəsidir. Baş məşqçi hər zaman məsləhət bilir ki, əgər özünə, oyunçunu keçə biləcəyinə inanırsansa, cəhd elə, fərdi keyfiyyətlərindən istifadə et. Qolun ötürməsi zamanı da gördüm ki, rəqibi keçə bilərəm, sona qədər davam etdim".

Qeyd edək ki, Danimarka yığması ilə yanvarın 22-də keçirilən oyunda rəqib 4:1, 2 gün sonra - yanvarın 24-də isə baş tutan matçda komandamız 4:2 hesabı ilə qalib gəlib.