Milli komandamızın üzvü Superkuboku qazana bilmədi

Milli komandamızın üzvü Superkuboku qazana bilmədi

Futbol üzrə Albaniya Superkubokunun qalibi müəyyənləşib.

"Mediasport" xəbər verir ki, həlledici dueldə Azərbaycan millisinin üzvü Zamiq Əliyevin formasını geyindiyi "Eqnatiya" ilə "Dinamo" (Tirana) qarşılaşıb.

Görüş yığmamızın müdafiəçisinin məğlubiyyəti ilə yekunlaşıb - 1:3.

Zamiq Əliyevin adı qarşılaşmanın iştirak ərizəsinə salınmayıb.