Azərbaycanın hər üç güləşçisi məğlub oldu - Dünya çempionatı

Azərbaycanın hər üç güləşçisi məğlub oldu - Dünya çempionatı

Qazaxıstanın paytaxtı Astanada böyüklər arasında güləş üzrə dünya çempionatı davam edir.

"Mediasport" xəbər verir ki, bu gün Azərbaycanın 3 təmsilçisi mübarizəyə qoşulub.

Lakin 59 kq çəki dərəcəsində yarışan Ruzanna Məmmədova, həmçinin sərbəst güləşçilərimizdən Rəşid Babazadə (65 kq) və Maqomedxan Maqomedov (97 kq) uğursuz olublar.

Məmmədova 1/8 finalda Menqyu Xieyə (Çin) uduzub. Asiyalı 1/4 finalda məğlub olduğu üçün Ruzanna medal şansını itirib.

R.Babazadə 1/16 finalda Taiyrbek Zumaşbek Uulu (Qırğızıstan), M.Moqamedov isə 1/4 finalda Bəhreyn idmançısı Axmed Maqomed Tajudinovla bacarmayıb.

Rəqibləri finala çıxsalar, güləşçilərimiz sabah təsəlliverici görüşə qatılacaqlar.

DÇ noyabrın 1-də yekunlaşacaq.

Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərimizdən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl, Nihat Məmmədli (63 kq) gümüş medal qazanıblar.