Renat oyuna sonradan daxil oldu, komandası səfər matçında uduzdu

Futbol üzrə Polşa çempionatında 6-cı turun oyunları davam edir.
"Mediasport" xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun komandası "Motor" səfərdə "Korona"ya məğlub olub (0:2).
Forvard 73-cü dəqiqədə oyuna daxil olub.
Xatırladaq ki, "Motor" yarışın turnir cədvəlində 5 xalla 15-ci pillədə qərarlaşıb.