Milli komandamız Avropa çempionatında Sloveniya ilə üz-üzə
19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində ilk matçına çıxacaq.
"Mediasport" xəbər verir ki, B Liqasının V qrupunda yer alan Həbib Ağayevin kollektivi Sloveniya futbolçuları ilə qarşılaşacaq.
Bakı vaxtı ilə saat 15:00-da start götürəcək oyun Şimali Makedoniyanın Strumitsa şəhərindəki Kukuş stadionunda baş tutacaq.
Yığmamızın növbəti görüşü noyabrın 28-də Şimali Makedoniya seçməsinə qarşı olacaq.
