Millilərimiz bu gün Yunanıstan və Ermənistanla qarşılaşacaqlar

Millilərimiz bu gün Yunanıstan və Ermənistanla qarşılaşacaqlar

Özbəkistanın Səmərqənd şəhərində təşkil olunan 46-cı Ümumdünya Şahmat Olimpiadası davam edir.

"Mediasport" xəbər verir ki, Azərbaycan yığmaları bu gün 7-ci tur görüşlərini keçirəcəklər.

Kişilərdən ibarət komandamız Yunanıstan, qadınlar isə Ermənistanla qarşılaşacaqlar.

Xatırladaq ki, 6 turdan sonra kişi kollektivimiz 10 xalla 12-ci, qadınlar isə 10 xalla 9-cu pillədə yer alıblar.

İsveçrə sistemi üzrə keçirilən yarış 11 turdan ibarətdir.

Sentyabrın 27-də başa çatacaq olimpiadada 208 komandanın heyətində 1032 şahmatçı mübarizə aparır.