Şəhriyar Məmmədyarovu məğlub edib Azərbaycan çempionu oldu

Şəhriyar Məmmədyarovu məğlub edib Azərbaycan çempionu oldu

Kişlər arasında şahmat üzrə Azərbaycan çempionu məlum olub.

"Mediasport" xəbər verir ki, Məhəmməd Muradlı yarışın reytinq favoriti Şəhriyar Məmmədyarovla final mərhələsinin cavab görüşündən sonra qalibi adını qazanıb.

Ağ fiqurlarla oynayan Muradlı iki duelin yekun nəticəsinə əsasən 1,5-0,5 hesablı qələbə əldə edib.

Məmmədyarov ardıcıl ikinci il Azərbaycan birinciliyində gümüş medalla kifayətlənib. 41 yaşlı qrossmeyster ötən il Rauf Məmmədova uduzmuşdu.

Aydın Süleymanlı isə Read Səmədovu ikinci görüşdə də məğlub edərək ölkə çempionatının bürünc medalına yiyələnib.

Qadınlar yarışında çempion sabah Ayan Allahverdiyeva - Ülviyyə Fətəliyeva tay-brekində məlum olacaq.