Azərbaycan Kuboku: Finala yüksələn komandalar məlum oldu

Azərbaycan Kuboku: Finala yüksələn komandalar məlum oldu

Futzal üzrə Azərbaycan Kubokunun yarımfinal mərhələsinin oyunları keçirilib.

"Mediasport" xəbər verir ki, son çempion “Araz-Naxçıvan” və PFL adlarını həlledici görüşə yazdırıblar.

Final iyunun 5-də keçiriləcək.


Azərbaycan Kuboku. Yarımfinal


"Araz-Naxçıvan" – "Neftçi" İK (3:2) 6:3

Qollar: Roman Adamov, 1:25, 20:49, Amirhossein Rasouli, 9:15, Xəzər Ağalızadə, 10:56, 39:34, Mateus, 21:13 // Emil Həsənzadə, 8:37, Javad Haidar, 11:29, Abdul Ghafar, 21:03.

PFL – U-19 (3:0) 4:0

Qollar: Nicat Qafarlı, 6:39, Eyvaz Tağıyev, 11:48, Elçin İsmayılov, 17:22, Raqif Eyvazov, 29:00.