Azərbaycan millisi Tbilisidə Gürcüstan yığmasına uduzdu

Azərbaycan millisi Tbilisidə Gürcüstan yığmasına uduzdu

Azərbaycanın futzal milli komandası bu gün ilk yoldaşlıq oyununa çıxıb.

"Mediasport" xəbər verir ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu kollektiv Gürcüstan yığması ilə qarşılaşıb.

Tbilisi şəhərindəki İdman Sarayında baş tutan matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 4:2.

Azərbaycanın qollarını Nihad İsmayılov (22) və Kənan Manafov (38) vurublar.

Komandamız bu rəqiblə aprelin 11-də eyni məkanda ikinci dəfə üz-üzə gələcək.

Futzalçılarımız növbəti yoldaşlıq görüşlərində rəqibləri Aktau şəhərində (13 və 15 aprel) Qazaxıstan millisinə qarşı olacaq.