UEFA Çempionlar Liqası: "Araz-Naxçıvan" "Benfika "səfərində

UEFA Çempionlar Liqası: "Araz-Naxçıvan" "Benfika "səfərində

Bu gün futzal üzrə "Araz-Naxçıvan" klubu UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində cavab oyununa çıxacaq.

"Mediasport" xəbər verir ki, Azərbaycan çempionu Portuqaliyada "Benfika"nın qonağı olacaq.

Lissabondakı "Pavilao Fidelidade" arenasında baş tutacaq görüş Bakı vaxtilə saat 21:30-da başlanacaq.

Xatırladaq ki, təmsilçimiz ötən həftə Bakıda keçirilmiş ilk dueldə Portuqaliya çempionuna 0:9 hesabı ilə uduzub.


UEFA Çempionlar Liqası. 1/8 final. Cavab oyunu


21:30 “Benfika” (Portuqaliya) - “Araz-Naxçıvan” (Azərbaycan)

Hakimlər: Petar Radoyçiç, Nikola Rabrenoviç, Yasmina Mikoska

Timekeeper: Srcan Mihayloviç (hamısı Serbiya)

Hakim-inspektor: Sven Eyşler (Almaniya)

UEFA nümayəndəsi: Tai Regel Pundik (Danimarka)

Lissabon, "Pavilao Fidelidad" arena. İlk matç - 9:0.