"Benfika", "Sportinq" və AEK ÇL-də "Araz-Naxçıvan"a rəqib ola bilər
"Aaraz-Naxçıvan"ın futzal üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatmasından öncə yer aldığı səbət müəyyənləşib.
"Mediasport" xəbər verir ki, reqlamentə əsasən, A yolunda mübarizə aparan və qrup mərhələsini 3-cü pillədə başa vuran, eləcə də B yolunda qrup qalibi kimi mübarizəni davam etdirmək hüququ qazanan komandalar A yolunda yarışmış və yekunda öz qruplarında birinci və ikinci yerləri tutmuş klublarla qarşılaşacaqlar.
Noyabrın 6-da, Bakı vaxtı ilə saat 17:00-da 1/8 və 1/4 final mərhələlərini püşkü atılacaq. 1/8 final oyunları noyabrın 24-də və dekabrın 5-də, 1/4 final matçları isə gələn il fevralın 23-də və martın 6-da təşkil olunacaq. Hər iki mərhələnin iştirakçıları rəqibləri ilə həm doğma, həm də rəqib meydanında qarşılaşacaqlar.
Bundan sonra "dördlər finalı"nın iştirakçıları müəyyənləşəcək. Həlledici mərhələnin oyunları mayın 7-dən 10-dək keçiriləcək.
Qeyd edək ki, 7-ci qrupun qalibi kimi 1/8 finala vəsiqə qazanan "Araz-Naxçıvan" ilk oyununu Bakıda keçirəcək.
A yolu, qrup qalibləri
"Kartaxena Kosta Kalida" (İspaniya)
"İlles Balears Palma" (İspaniya, ÇL-in son qalibi)
"Benfika" (Portuqaliya)
"Sportinq" (Portuqaliya)
A yolu, qrup ikinciləri
"Pyast Qlivise" (Polşa)
"Etoil" (Fransa)
"Riqa" (Latviya)
"Kayrat" (Almatı, Qazaxıstan)
A yolu, qrup üçüncüləri
"Sportinq Anderlext" (Belçika)
"Semey" (Qazaxıstan)
"Luksol Sent Endryus" (Malta)
"Priştina" (Kosovo)
B yolu, qrup qalibləri
AEK (Yunanıstan)
"Yörrinq" (Danimarka)
"Araz-Naxçıvan" (Azərbaycan)
"Hit" (Kiyev, Ukrayna)
