Azərbaycan millisi Türingiya Kubokunu 6 medalla başa vurdu

Azərbaycan millisi Türingiya Kubokunu 6 medalla başa vurdu

Almaniyanın Bad-Blankenburq şəhərində cüdo üzrə Türingiya Kuboku başa çatıb.

"Mediasport" xəbər verir ki, 32-ci dəfə təşkil olunan ənənəvi beynəlxalq turnirdə yeniyetmə qızlardan ibarət Azərbaycan millisi 1 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıb.

Sunay Salamova (40 kiloqram) qızıl, Zəhra Quliyeva (40 kiloqram) gümüş, Pərvin Sevxanlı (44 kiloqram), Könül Eyvazlı (48 kiloqram), Məsumə Məmmədli (70 kiloqram) və Zemfira Əliyeva (+70 kiloqram) bürünc medala layiq görülüb.

Yarışda U-18 yaş kateqoriyasında ümumilikdə 243 cüdoçu gücünü sınayıb.