Azərbaycanın 25 cüdoçusu Açıq Asiya Turnirində iştirak edəcək

Azərbaycan cüdoçuları Qazaxıstanın Aktau şəhərində keçiriləcək Açıq Asiya Turnirində iştirak edəcəklər.
"Mediasport" xəbər verir ki, ölkəmizi yarışda ümumilikdə 12 çəki dərəcəsində 25 cüdoçu (18 kişi, 7 qadın) ilə təmsil olunacaq.
Turnir 11–12 oktyabr tarixlərində baş tutacaq.
İdmançılarımız kişilərdən ibarət yığmanın böyük məşqçisi Robert Kravçik və qadınlardan ibarət yığmanın böyük məşqçisi Saşa-Herkenrat-Vimarin rəhbərliyi altında yarışacaqlar.
Turnirdə 10 ölkədən 251 idmançı (159 kişi, 92 qadın) mübarizə aparacaq.
Kişilər:
-60 kq
Hüseyn Allahyarov
Amin İsmayılov
Murad Muradlı
Babarəhim Mirzəyev
-66 kq
Kənan İsmayılov
Tofiq Məmmədov
Elşən Əsədov
Bəhram Qurbanlı
Qasım Vəlizadə
-73 kq
Kamran Süleymanov
İbrahim Əliyev
Rüfət Şövlətov
Nəriman Mirzəyev
-81 kq
Cəsur İbadlı
Mehdi Abbasov
-90 kq
Naim Hüseynov
-100 kq
Elmar Qasımov
+100 kq
Camal Feyziyev
Qadınlar
-48 kq
Diana Tçkayeva
-52 kq
Gültac Məmmədəliyeva
-57 kq
Ülviyyə Bayramova
-70 kq
Südabə Ağayeva
Aytac Qardaşxanlı
-78 kq
Günel Həsənli
Nərmin Əmirli