Azərbaycan teleməkanında bir ilk

  Azərbaycan teleməkanında bir ilk

ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatı davam edir.

"Mediasport" xəbər verir ki, qrup mərhələsinin 3-cü turunun oyunları İTV ilə paralel olaraq "CBC Sport" telekanalı vasitəsilə də canlı yayımlanır.

Belə ki, mundial çərçivəsində baş tutan görüşlərin şərhinə "CBC Sport"un xanım əməkdaşları da cəlb olunub.

Səmra Əliyev Süleyman Vəliyevlə birgə Kürasao - Fil Dişi Sahili (0:2) duelində iş başında olub.

Aida Əliyeva isə 28 iyunda keçiriləcək Panama - İngiltərə görüşündə Ramiz Mirzəzadə ilə birlikdə mundialda debüt edəcək.