Zaqatalada minifutbol turniri

Zaqatalada minifutbol turniri

Zaqatalada həvəskarlar arasında minifutbol turniri başlayıb. 

"Mediasport" xəbər verir ki, Gənclər və idman nazirliyinin regional idman idarəsinin dəstəyi, eyni zamanda sponsorlar və yerli futbol ictimaiyyətinin təşəbbüsü ilə keçirilən yarışlar, ötən il dünyasını dəyişən Sabit Ağayevin xatirəsinə həsr olunub.  

Açılış mərasimindən öncə iştirakçılar Sabit Ağayevin məzarını ziyarət edib əklil qoyublar. “Qalatasaray” azarkeşi olduğu üçün bu klubun bayrağı dalğalandırılıb.

“Simurq”un əvəzedici komandasında çıxış etmiş Ağayev yarışların keçiriləməsində böyük pay sahibidir. O, eyni zamanda buna qədər təşkil olunan turnirlərin maraqlı iştirakçılarından idi. 

Zaqatala, Balakən, Qax və Şəkidən 35 komandanı qüvvəsini sınayacağı turnir mayın 17-dək davam edəcək.

Hər il ənənəvi keçirilən yarışın təşkilində məqsəd idman ruhunun formalaşması və  futbolun təbliğinə dəstəkdir.