Maarifləndirici seminar keçirildi
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən Azərbaycan Velosiped İdmanı Federasiyasının idmançıları üçün antidopinq mövzusunda maarifləndirici seminar keçirilib.
"Mediasport" xəbər verir ki, seminar çərçivəsində iştirakçılara qadağan edilmiş siyahı, dopinq nəzarəti prosedurları, idmançıların hüquq və vəzifələri, eləcə də 2027-ci ildən qüvvəyə minəcək yeni Ümumdünya Antidopinq Məcəlləsinin əsas müddəaları barədə ətraflı məlumat verilib.
İnteraktiv müzakirələr və sual-cavab sessiyası ilə müşayiət olunan tədbirin məqsədi idmançıların antidopinq sahəsində məlumatlılığını artırmaq, qayda pozuntularının qarşısının alınmasına töhfə vermək və təmiz, ədalətli rəqabət mühitini təşviq etmək olub.


