Azərbaycan və Koreya inkişaf perspektivlərini müzakirə etdi
Azərbaycan və Koreya Respublikası arasında gənclər və idman sahələrində əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.
"Mediasport" xəbər verir ki, nazir Fərid Qayıbov Koreya Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Kımqu Kanq ilə görüşüb.
Görüş zamanı iki ölkə arasında gənclər və idman sahələrində əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb, qarşılıqlı əlaqələrin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Görüşdə həmçinin nazir Fərid Qayıbovun ötən ay baş tutmuş Koreya səfəri müzakirə edilib.
