Bakıda idman kompleksində işlər üçün 2,2 milyon manatlıq tender

Hövsan Olimpiya İdman Kompleksində yeniləşmə tədbirləri görüləcək.
"Mediasport" xəbər verir ki, idman qurğusunun isitmə, soyutma, havalandırma və nəm alma sistemlərinin cari təmir işləri həyata keçiriləcək.
Bu məqsədlə təchizat və montaj işləri üzrə satınalma müsabiqəsi elan olunub. Layihənin ümumi dəyəri 2,257,017,77 manat təşkil edir.
Yeniliklər sayəsində kompleksdə hava keyfiyyəti, temperatur balansı və rütubət səviyyəsi ciddi şəkildə yaxşılaşdırılacaq.
İdmançılar və ziyarətçilər üçün daha sağlam və komfortlu mühit təmin ediləcək.