Azərbaycan yığma komandası Avropa Kubokunun qalibi oldu

3x3 basketbol üzrə qadınlardan ibarət Azərbaycan millisi Kosovonun paytaxtı Priştinada keçirilən Avropa Kuboku (2025) təsnifat mərhələsinin qalibi olub.
"Mediasport" xəbər verir ki, komandamız finalda Kipri məğlub edib - 21:18.
Təsnifat mərhələsinin ən dəyərli qadın basketbolçusu (MVP) millimizin üzvü Brianna Freyzer seçilib.
Bu çempionluqla bərabər qızlarımız Avropa kubokunun final mərhələsində iştirak etmək hüququ qazanıblar.
Qeyd edək ki, Avropa Kubokunun (2025) final mərhələsi sentyabrın 5-7-də Danimarkanın paytaxtı Kopenhagendə keçiriləcək.