ABL daha bir çempionata start verdi - 12 komanda yarışacaq

Azərbaycanda basketbol üzrə daha bir yarış başlanıb.
"Mediasport" xəbər verir ki, oğlanlar arasında U-12 liqası start götürüb.
Reqlamentə əsasən, yarışda Azərbaycan Basketbol Liqasında (ABL) iştirak edən 12 klubun komandası mübarizə aparacaq.
Klublar əsas liqada olduğu kimi iki qrupa bölünüblər:
A qrupu: "Sabah", "Naxçıvan", "Neftçi", "Abşeron", "Sərhədçi", NTD.
B qrupu: "Gəncə", "Şəki", "Ordu", "Sumqayıt", "Quba", "Lənkəran".
Dairəvi sistemlə iki dövrəli, 10 turdan ibarət olacaq müntəzəm çempionatı qruplarında 1-ci və 2-ci pillələrdə başa vuracaq kollektivlər 1/4 finala vəsiqə qazanacaqlar.
Qruplarda 3-cü, 4-cü, 5-ci və 6-cı yerləri tutacaq komandalar isə pley-in-də oynayaraq pley-off mərhələsinə vəsiqə uğrunda yarışacaqlar.
U-12 liqasının oyunları Azərbaycan Texniki Universitetivə Azərbaycan Memarlıq və İnşaat Universitetinin idman zalında keçiriləcək.