"Neftçi"də iki yeni müqavilə
"Neftçi" basketbol klubu iki oyunçu ilə yeni müqavilə bağlayıb.
"Mediasport" xəbər verir ki, paytaxt təmsilçisi Nicat Nəsirov və Ağa Ağayevlə müqavilənin müddətini uzadıb.
Yeni anlaşma 1 illik nəzərdə tutulub.
Hər iki basketbolçu ötən mövsümdən "ağ-qaralar"ın formasını geyinir.


