Azərbaycan yığma komandası Slovakiyada Avropa çempionu oldu

Slovakiyada keçirilən Avropa çempionatında sərbəst güləş yarışlarına yekun vurulub.
"Mediasport" xəbər verir ki, qitə birinciliyində 1 qızıl, 1 gümüş və 4 bürünc medal qazanan Azərbaycan yığması 119 xalla komanda hesabında Avropa çempionu olub.
Gürcüstan (114) ikinci, Türkiyə (73) isə üçüncü yeri tutub.
Bununla da sərbəst güləşdə Avropa çempionluqlarımızın sayı 5-ə çatıb. Komandamız bunadək 2009, 2017, 2022 və 2023-cü illərdə qitənin ən güclüsü ünvanına sahib çıxıb.
Xatırladaq ki, Bratislavada 10 təmsilçimizdən Giorgi Meşvildişvili (125 kq) qızıl, Osman Nurmaqomedov (92 kq) gümüş, İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq) və Ağanəzər Novruzov (74 kq) isə bürünc medal qazanıb.