Raul bürünc medala ümid edir, Ülviyyə Musayeva yarımfinalda

  Raul bürünc medala ümid edir, Ülviyyə Musayeva yarımfinalda

Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-15 Avropa çempionatı davam edir.

"Mediasport" xəbər verir ki, yarışın ikinci günündə yunan-Roma güləşi üzrə yarımfinalçılar müəyyənləşib.

Raul Məmmədzadə (62 kq) estoniyalı Artemi Yeremeyevə tam üstünlüklə (10:0) qalib gələrək bürünc medal uğrunda şansını davam etdirir.

İbrahim Məmmədzadə (68 kq) yunanıstanlı Angelis Perdikarisə tam üstünlüklə (8:0) qalib gəlsə də, 1/4 finalda rusiyalı Rustam Nexaya 0:10 hesabı ilə məğlub olub.

Süleyman Verdiyev (75 kq) ermənistanlı Arman Ginosyanı (4:1) məğlub etsə də, 1/4 finalda rusiyalı Ammar Mendoxova 2:10 fərqlə uduzub.

Fikrət Baxşəliyev (85 kq) 1/8 finalda türkiyəli Kerem Uzuna 0:5 hesabı ilə məğlub olub.

Qadınların mübarizəsində Ülviyyə Musayeva (33 kq) polşalı İnes Şimçakı "tuş"la məğlub edərək yarımfinala yüksəlib.

Ülviyyə finala gedən yolda ukraynalı Viktoriya Pervaçukla üz-üzə gələcək. 

Nərgiz Cəfərzadə (39 kq) təsnifat mərhələsində ukraynalı Sofiya Protsivaya 8:9 hesabı ilə məğlub olub.

Mədinə Kərimova (46 kq) ilkin mərhələdə moldovalı Rusalina Portaruya 3:9 hesabı ilə uduzub.

Ləman Əliyeva (54 kq) 1/8 finalda ukraynalı Tereza Tkaçişi ilə bacarmayıb (0:10).

Aylin Həsənli (62 kq) 1/8 finalda yunanıstanlı Elli Brousaya 1:6 hesabı ilə məğlub olub.