Millilərimizin Avropa çempionatı üçün heyətləri açıqlandı - ADLAR

Millilərimizin Avropa çempionatı üçün heyətləri açıqlandı - ADLAR

Aprelin 20-dən 26-dək Albaniyanın Tirana şəhərində keçiriləcək güləş üzrə Avropa çempionatına qatılacaq Azərbaycan milli komandalarının heyətləri müəyyənləşib.

"Mediasport" xəbər verir ki, Azərbaycan Güləş Federasiyasının (AGF) rəhbərliyi təlim-məşq bazasında məsul yarış öncəsi yığma üzvləri ilə görüş keçirib.

Federasiyanın baş katibi Pərvin Piriyev, vitse-prezidentlər Namiq Abdullayev və Fərid Mansurov, eləcə də sərbəst güləş üzrə koordinator Hacı Əliyev çıxış edərək millinin hər bir üzvünə inandıqlarını, görüşün nəticəsindən asılı olmayaraq, son nəfəsədək mübarizə aparmağın vacibliyini dilə gətiriblər.

Daha sonra qitə birinciliyində iştirak edəcək heyətlər açıqlanıb.

Yunan-Roma güləşi üzrə millimizin heyətində baş məşqçi Məhəmməd Bəna, böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Rövşən Bayramov, Bəhruz Həzrətipur, Rəsul Cəzini və Sabah Şəriətinin rəhbərliyi altında Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq), Ziya Babaşov (63 kq), Həsrət Cəfərov (67 kq), Ruslan Nurullayev (72 kq), Sənan Süleymanov (77 kq), Qurban Qurbanov (82 kq), İslam Abbasov (87 kq), Murad Əhmədiyev (97 kq) və Beka Kandelaki (130 kq) çıxış edəcək.

Qadın güləşçilərimizdən Elnurə Məmmədova (50 kq), Jalə Əliyeva (57 kq), Günay Qurbanova (59 kq), Ruzanna Məmmədova (62 kq) və Birgül Soltanova (65 kq) ölkəmizi təmsil edəcək. Komanda baş məşqçi əvəzi Toğrul Əsgərov və böyük məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi ilə yarışacaq.

Sərbəst güləş millimizin heyətində isə baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyev və Şərif Şərifovun rəhbərliyi altında İslam Bazarqanov (57 kq), Nürəddin Novruzov (61 kq), Rəşid Babazadə (65 kq), Kənan Heybətov (70 kq), Turan Bayramov (74 kq), Cəbrayıl Hacıyev (79 kq), Arseniy Djioyev (86 kq), Ali Tsokoyev (92 kq), Osman Nurmaqomedov (97 kq) və Giorgi Meşvildişvili (125 kq) gücünü sınayacaq.

Avropa çempionatında ədaləti I-S dərəcəli hakimlərimiz – Asif Şirəliyev, Sədi Quliyev və Bəşir İsazadə qoruyacaqlar.