Azərbaycan çempionu məğlub oldu - 10-cu tura yekun vuruldu

 Azərbaycan çempionu məğlub oldu - 10-cu tura yekun vuruldu

Azərbaycan Basketbol Liqasında (ABL) 10-cu turun görüşləri keçirilib.

"Mediasport" xəbər verir ki, cari çempionun məğlub olduğu turun son oyun günündə bir matç baş tutub.

Medallara iddialı "Neftçi" NTD-yə qalib gəlib - 106:89.

Xatırladaq ki, turun əvvəlki qarşılaşmalarında "Sərhədçi" "Sumqayıt"dan (86:83), "Naxçıvan" "Quba"dan (78:69), "Ordu" "Lənkəran"dan (84:72), "Gəncə" "Şəki"dən (78:73) "Abşeron Lions" isə son çempion "Sabah"dan (101:97) üstün olub.