Azərbaycan millisinin futbolçusu Super Liqanın çempionu oldu!

Futbol üzrə Albaniya Super Liqasında çempion müəyyənləşib.
2024/2025-ci illər mövsümünün qalibi Azərbaycan millisinin futbolçusu Zamiq Əliyevin formasını geyindiyi "Eqnatia" olub.
Yığmamızın müdafiəçisinin komandası super final seriyasında "Vlajniya" ilə üz-üzə gəlib.
Zamiqin 90 dəqiqə meydanda olduğu matçda rəqibini darmadağın (4:0) edən Roqojina təmsilçisi qızıl medalları qazanaraq mövsümü "dubl"la başa vurub.
Bu, "Eqnatia"nın ardıcıl və ümumilikdə ikinci çempionluğu olub.
Qeyd edək ki, 23 yaşlı futbolçumuz bir müddət əvvəl Albaniya Superkubokunun da qalibi adına yiyələnib.
Əliyev Albaniya klubuna ötən ilin yayında "Araz-Naxçıvan"dan transfer edilib və bu mövsüm bütün turnirlərdə 42 oyunda (3094 dəqiqə) "Eqnatia"nın formasını geyinib, 1 qolla yadda qalıb.
Mediasport.com.az