Son 100 illiyin ən yaxşı mərkəz hücumçuları kimlərdir? - SİYAHI
BBC kanalı XXI əsrin ən yaxşı mərkəz hücumçularının reytinqini tətib edib.
"Mediasport" xəbər verir ki, sıralamanın lideri tarixin ən güclülərindən olmuş "Fenomen" ləqəbli Ronaldo (Luis Nazario) seçilib.
"Yekədiş" ingiltərəli Harri Keyn və norveçli Erlinq Haalandı qabaqlayıb.
Dünya futbolunun digər canlı əfsanələri - Kriştiano Ronaldo və Lionel Messi karyeralarının böyük hissəsində digər mövqelərdə çıxış etdikləri üçün siyahıya salınmayıblar.
Reytinq futbolçuların karyeraları boyunca göstərdiyi nəticələr və onun effektivliyinə əsasən hazırlanıb.
XXI əsrin ən yaxşı mərkəz hücumçuları
1.Ronaldo Nazario
2.Harri Keyn
3.Erlinq Haaland
4.Tyerri Anri
5.Robert Levandovski
6.Didye Droqba
7.Kərim Benzema
8.Zlatan İbrahimoviç
9.Luis Suares
10.Miroslav Kloze
