Azərbaycan yığmasının futbolçusu Macarıstan klubunda oynayacaq
Mövsümün sonunda "Zirə"dən ayrılan Anatoli Nuriyevin yeni klubu müəyyənləşib.
"Mediasport" xəbər verir ki, yarımmüdafiəçi karyerasını Macarıstanda davam etdirəcək.
Azərbaycan yığmasının üzvü Yüksək Liqa təmsilçisi "Kişvarda"da oynayacaq.
Qeyd edək ki, Anatoli Nuriyev bu ilin yanvarında "Sabah"dan "Zirə"yə keçmişdi.


