AFFA-dan YENİLİK - Azərbaycan çempionatında klub sayı artırıldı

AFFA-dan YENİLİK - Azərbaycan çempionatında klub sayı artırıldı

AFFA Azərbaycan futzalı ilə bağlı mühüm qərarla yeniliyə imza atıb.

Uzun illərdən sonra Yüksək Liqada komanda sayı artırılıb.

Azərbaycan Futzal Federasiyası ləğv edildikdən sonra aidiyyəti üzrə AFFA-da departament kimi fəaliyyət göstərməyə başlayan futzal bundan sonra ciddi diqqət mərkəzində saxlanılacaq.

Həm millilər, həm də klubar səviyyəsində. İlk plan elitada klub sayını artırmaqdır.

Start hazırlıqlar 10 komada üzərində düşünülsə də, ilkin qərarda say 8-dir.

Xatırladaq ki, son illərdə Yüksək Liqada cəmi 6 komanda yarışıb.

Digər bir yenilik isə çempionata qatılacaq kollektivlərə AFFA tərəfindən yardım paketinin veriləcəyidir.

Federasiya komandalara hər ay maddi dəstək olacaq. Müsbət yanaşma 1-ci Liqada yarışacaq klublara da şamil olunacaq.

Mediasport.com.az