Milli Avropa çempionatına hazırlığı Türkiyə yığması ilə birlikdə keçir
Bakıda boks üzrə U-23 Azərbaycan millisi növbəti təlim-məşq toplanışına start verib.
Boks Federasiyasından "Mediasport"a bildirilib ki, noyabrın 12-dək davam edəcək toplanışda Azərbaycanla yanaşı, Türkiyə yığması da hazırlıq keçəcək.
Bakı Boks Mərkəzində təşkil olunan toplanışa 25-dək boksçu qatılıb. Komandalar gündə 2 dəfə məşq keçəcək, sınaq döyüşlərində güclərini yoxlayacaqlar.
Toplanışda əsasən texniki-taktiki hazırlığa üstünlük veriləcək. Məşqlər Xorvatiyada təşkil olunacaq U-23 Avropa çempionatına hazırlıq xarakteri daşıyır.
Qeyd edək ki, Avropa çempionatı noyabrın 16-24-də baş tutacaq.

