"Zirə"nin futbolçularını DÇ matçları üçün Afrikaya çağırdılar

"Zirə"nin futbolçularını DÇ matçları üçün Afrikaya çağırdılar

“Zirə”nin 2 legioneri ölkələrinin milli komandalarına dəvət alıblar.

"Mediasport" xəbər verir ki, Anj Mutsinzi Ruanda, İssa Cibrila isə Niger yığmasının düşərgəsinə çağırılıb.

Mutsinzinin komandası sentyabrın 6-da DÇ-2026-nın seçmə qrup mərhələsinin 6-cı turu çərçivəsində Nigeriya yığmasının qonağı olacaq.

Niger futbolçuları isə sentyabrın 5-də Mərakeş millisi ilə qarşılaşacaqlar.

Xatırladaq ki, Ruanda seçməsi mübarizə apardığı 6 komandalı C qrupunda 6 oyundan sonra 8 xalla ikinci pillədə qərarlaşıb və lider Cənubi Afrikadan 5 xal geri qalır.

5 komandalı E qrupunda qərarlaşmış və bir matç az keçirmiş Niger millisi 5 turdan sonra 6 xalla ikinci sırada yer alıb. Lider Mərakeşin 15 xalı var.