Kamilo Duran ilk dəfə Kolumbiya yığma komandasına dəvət edildi

Kamilo Duran ilk dəfə Kolumbiya yığma komandasına dəvət edildi

"Qarabağ"ın futbolçusu Kamilo Duran karyerasında ilk dəfə Kolumbiya milli komandasına dəvət edilib.

"Mediasport" xəbər verir ki, 24 yaşlı vinger bu ay baş tutacaq yoldaşlıq görüşlərində yığmanın düşərgəsində olacaq.

Kolumbiyalılar martın 26-da Xorvatiya, üç gün sonra Fransa futbolçuları ilə üz-üzə gələcəklər.

Hər iki qarşılaşma ABŞ-nin Orlando şəhərində keçiriləcək.

Xatırladaq ki, Ağdam klubuna 2025-ci ilin yayında gəlmiş Duran Azərbaycan çempionunun heyətində sərgilədiyi oyunla diqqət çəkib.