Premyer Liqadan daha iki legioner ölkələrinin millilərinə dəvət aldı

Premyer Liqadan daha iki legioner ölkələrinin millilərinə dəvət aldı

"Araz-Naxçıvan"ın iki legioner futbolçusu ölkələrinin milli komandalarına çağırılıblar.

Naxçıvan təmsilçisindən "Mediasport"a verilən məlumata görə, bunlar Kristian Avram və Felipe Santosdur.

K.Avram Moldova millisinin martın 26-da Zimbru stadionunda Litva, 30-da isə Nikosiyada Kiprlə keçirəcəyi görüşlərdə baş məşqçinin şans verəcəyi təqdirdə meydana çıxa bilərcək.

F.Santos isə martın 23-dən 31-dək Benin millisinin düşərgəsində olacaq.

O, martın 27-də Fələstin, 31-də isə Qvineya yığması ilə keçiriləcək qarşılaşmalar üçün dəvət alıb.