Azərbaycandan ayrılan almaniyalı hücumçu Belçika klubuna keçdi

Azərbaycandan ayrılan almaniyalı hücumçu Belçika klubuna keçdi

"Araz-Naxçıvan"dan ayrılan Ba-Muaka Simakalanın yeni klubu məlum olub.

"Mediasport" xəbər verir ki, almaniyalı hücumçu karyerasını Belçikada davam etdirəcək

29 yaşlı forvard 1-ci Liqa klubu "Eüpen"ə keçib.

Qeyd edək ki, Simakala 2025/26 mövsümündə Naxçıvan klubunun heyətində 36 rəsmi oyun keçirib, 9 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.