2026-cı ilin ən yaxşı baş məşqçisi olmağa namizədlər açıqlandı

2026-cı ilin ən yaxşı baş məşqçisi olmağa namizədlər açıqlandı

"Globe Soccer Awards" mükafatı üzrə 2026-cı ilin ən yaxşı məşqçisi olmağa namizədlər açıqlanıb.

"Mediasport" xəbər verir ki, 10 mütəxəssis qalib adı uğrunda yarışacaq.

Tədbir dekabrın 28-də Birləşmiş Ərəb Əmriliklərinin Dubay şəhərində təşkil olunacaq.

2010-cu ildən davamlı keçirilən müsabiqənin təşkilatçılığında Avropa Klublar Assosiasiyası (ECA) və Avropa Futbol Agentləri Assosiasiyası (EFAA) da iştirak edir.

Xatırladaq ki, 2025-ci ildə PSJ-nin ispan çalışdırıcısı Luis Enrike qalib olmuşdu.


2026-cı ilin ən yaxşı məşqçisi olmağa namizədlər


Mikel Arteta ("Arsenal", İngiltərə)

Kristian Kivu ("İnter", İtaliya)

Unai Emeri ("Aston Villa", İngiltərə)

Luis Enrike (PSJ, Fransa)

Fransesk Fabreqas ("Komo", İtaliya)

Hansi-Diter Flik ("Barselona", İspaniya)

Pere Romeu ("Barselona", İspaniya, qadın komandası)

Vensan Kompani ("Bayern", Almaniya)

Luis de la Fuente (İspaniya millisi)

Lionel Skaloni (Argentina millisi)